Qusarda polis əməkdaşları məktəblilərlə görüş keçirdi – FOTOLAR
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Samur qəsəbəsi, Həzrə və Şirvanlı kənd məktəblilərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının nümayəndəsi, məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O, qeyd edib ki, yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasını həkimi Səbinə Aşurova narkotikin insan bədəninə vurduğu zərərlərdən ətraflı bəhs edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.