Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

Baxılıb:113
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınıb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.

APA


Abunəlik