Azyaşlıların kütləvi zorlanması xəbəri ölkəni silkələdi-AÇIQLAMA

Baxılıb:679
Azyaşlıların kütləvi zorlanması xəbəri ölkəni silkələdi-AÇIQLAMA

Qazax rayonunun 1 saylı Çaylı kənd tam orta məktəbində rəzalət baş verib. Kənd sakinlərinin  AzTimes.az saytına vermiş olduğu məlumatda bildirilir ki, məktəbin 8-9- cu sinif şagirdləri(biri 14, digəri 16 yaş olmaqla) kəndin bir qrup gənc sakini tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisə gənclərdən ikisinin azyaşlılarla qeyri etik hərəkətlərlə məşğul olduğu zaman fotosunu çəkərək şantaj etməsi ilə başlayıb. Bu foto ilə də qızlar ailələrinin qorxusundan bir qrup gənclə əlaqədə  olublar. Kənd sakinləri iddia edir ki, 14 yaşlı qız hamilədir, o uşağın kimdən olduğunu bilmir . İddialara görə kəndin 67 gənci şübhəli qismində istintaqa cəlb olunub. Məsələ Qazax rayon icra hakimiyyətində məsləhətçi psixoloq kimi çalışan Kəmalə Cəfərova tərəfindən də təsdiqlənib.
Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən AzTimes.az-a bildirilib ki, hadisə ilə bağlı məlumat aldıqdan dərhal sonra hərəkətə keçilib, Qazax rayon icra hakimiyyətindən  hadisənin baş verməsi təsdiqlənib. Qurum məsələ ilə bağlı, yaxın zamanda məlumat verəcək.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:
Qeyd edmək istəyirəm ki, Qazax rayon Çaylı kəndində qızların kütləvi cinsi zorakılığa məruz qalması barədə iddialar həqiqəti əks etdirmir.
Belə ki həmin kənddə cari ilin aprel ayında Çaylı kəndində yaşayan azyaşlı qıza öz həmkəndliləri 2 nəfər az yaşlı oğlan tərəfindən seksual xarakterli hərəkətlər edilib. Hadisə barədə Qazax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin olunub, qərar qəbul edilməsi üçün rayon prokurorluğuna göndərilib. Rayon prokurorluğu da həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi barədə məhkəmyə vəsatət  verib. Lakin məhkəmə şəxslərin azyaşlı olduğunu nəzərə alaraq həmin vəsatəti qəbul etmədiyinə görə onlar barəsindəki Valideynin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Digər hadisədə Çaylı kənd sakini rayon Polis Şöbəsinə müraciət edərək 14 yaşlı qohumunun 20 yaşlı nişanlısı tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalması barədə məlumat verib. Hazırda müvafiq ekspertiza təyin olunub, zəruri istintaq hərəkətləri davam etdirilir


Abunəlik