SON DƏQİQƏ! QHT rəhbərləri bəyanat YAYDI

Baxılıb:216
SON DƏQİQƏ! QHT rəhbərləri bəyanat YAYDI

02.06.2022 ci il tarixdə Azərbycan Respubalikasının Baş Prokurorluğu tərəfindən sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanmasına dair yayımlanan rəsmi məlumat, cəmiyyətdə ciddi əks səda yaradıb. Belə ki, sığınacağın adının qeyd edilməməsi, digər sığınacaqların fəaliyyətini şübhə altına alıb və suallar yaradıb.
Biz, adı çəkilən sığınacaq rəhbərləri bəyan edirik ki, rəhbərlik etdiyimiz sığınacaqlar uzun müddət fəaliyyət göstərməklə yanaşı, ölkə qanunvericiliyi, eləcə də Beynəlxalq qanunvericilik və standartlara tam uyğunlaşıdırılıb.
Adları qeyd edilən və edilməyən sığınacaqlar, ölkədə həssas qruplarla peşəkar iş səviyyəsində işini qurub və kifayət qədər həssas qruplara aid olan qadın və uşaqlara dəstək verib. Danılmaz faktdır ki, sığınacaqların olması həssas qruplara dəstək üçün olduqca əhəmiyyətli resusrdur və bu həm Beynəlxlaq sənədlərədə ölkəmizə verilən tövsiyyələrdə, eləcə də bir sıra qanunvercilik aktlarımızda rəsmi əksini tapıb.
2022 ci ildə eynilə adı çəkilən sığınacaqlarda da Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş ixtisaslaşmış monitorinq qrupları, manitorinq səfəri etmiş və hər bir sığınacağın fəaliyyətinə dair lazımı tövisyyələr vermişdir.
Biz adı çəkilən sığınacaq rəhbərləri, bir daha bəyan edirik ki, qanunvericiliyin tələbinə uyğun aparılan monitorinqlərin əhəmiyyətini vurğulayır, lakin bildiririk ki, hər hansı hadisənin bütün sığınacaqlara şamil edilməsini, onların fəaliyyətinə kölgə salınmasını pis hal kimi qiymətləndiririk.
Tərəfimizidən bəyan edirik ki, İçtimai İştirakçılıq və ictimai nəzarət qaydalarına uyğun olaraq, KİV, dövlət qurumları sığınacaqların fəaliyyətini monitorinq etməsini dəstəkləyir, lakin sığınacaqların fəaliyyətinə neqativ imic formalaşmasının qarşısının alınmasına çağırış edirik.

AzTimes.az


Abunəlik