İDDİA:Biləsuvar rayonunda polisin qardaşı azyaşlını öldürmək istəyib- FOTOLAR
AzTimes.az xəbər verir ki,Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbin 7-ci sinif sagirdi N.A(ad şərtidir) məktəbdən evə dönərkən kənd sakini Nərimanov Fərid Ağasət oğlu tərəfindən şiddətə məruz qalıb. Hadisə şahidləri iddia edir ki, Fərid Nərimanov azyaşlını boğub öldürmək istəyirmiş, sakinlərin son anda müdaxiləsi sayəsində bu faciənin qarşısın almaq mümkün olub. Hadisəyə səbəb sözügedən azyaşlının Fərhad Nərimanovun oğlu ilə mübahisəsi olub.
Hadisədən sonra azyaşlının halı pisləşdiyi üçün ailə Təcili Tibbi yardıma müraciət etməli olublar. Nəzərinizə çatdıraq ki, Fərhad Nərimanovun qardaşı Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət daxil olub. Müvafiq ekspertiza təyin edilib. Təfərrüatlar ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.