Bu şəxslərə ödənilən vəsait 150 manat artacaq

Baxılıb:310
Bu şəxslərə ödənilən vəsait 150 manat artacaq

“Sağlamlıq imkanları məhdud uşaq” anlayışı olmayacaq. Onların içərisində də xəstəliyin xarakterinə uyğun olaraq ağır dərəcədə olanlar daha yuxarı ödənişlər alacaqlar.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan “Sosial saat”da bildirib.

“Birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi. Lakin eyni diaqnozla olan uşaqlara ödənilən vəsait daha məbləğ ödənilirdi. Misal üçün autizm xəstəsi olan uşaqlara 18 yaşına qədər 280 manat ödənilirdisə, artıq bir yaxşından ömürlük 430 manat alacaqlar”, – deyə Sabir Qocayev əlavə edib.


Abunəlik