“Birinci xanımlar”ın dəbdəbəli həyatının pərdə arxası- SİLSİLƏ
Bəzən insan uzaqlarda parlayan bir mirvarini əldə etmək üçün arxasınca gedər. Ağır, məşəqqətli yollar keçib həmin xəzinəyə yetişəndə, uzaqdan gözünü qamaşdıran parıltının ya sabun köpüyü, ya şeh olduğunu anlayar… Bizim böyük həsədlə ekranlardan, saytlar və elit jurnalların üz qabığında izlədiyimiz birinci ledilərin gözəl, xoşbəxt görünüşləri hər şey deməkdirmi? Kənardan əlçatmaz, ağıllı, namuslu, sözün hər mənasında ideal görünən bu xanımlar əslində kimdirlər?
- Ri Sol Yu.
Şimali Koreyanın dövlət başçısı, öz qəddarlığı ilə ad çıxaran diktator Kim Çen in həyat oldaşı olan bu xanım demək olar ki, dövlət tədbirlərindən başqa heç bir yerdə görünmür. Onun diktatorla izdivacdan 2qız, 1 oğlan olmaqla 3 övladının olmasına baxmayaraq uşaqlar tam məxvi saxlanılır. Ri Sol Yu nun hamiləlik dönəmində bir fotoqrafı belə yayımlanmayıb. Keçmişi barədə bilgilərin yayılmamasını qarantiyə almaq məqsədi ilə ad və soy adının Kim Çenlə nigandan öncə dəyişdirildiyi bildirilir. Bəzi mənbələr onun valideyinlərinin həkim olduğunu deyir.
Lakin o, ailə qurduqdan sonra doğmaları ilə demək olar ki, heç görüşməyib.Əhalisinin aclıqdan əziyyət çəkdiyi, bütün dünya ilə əlaqəsiz mövcudluğunu qorumağa çalışan ölkədə ən varlı adam Kim Çenin hərəmxanası dillərə dastandır. Burdan belə nəticəyə gəlmək olar ki, Ri Sol Yu ancaq fiqur rolunu oynayır.
- ABŞ-ın birinci xanımı MelanyaTramp.
.
Sloveniya əsilli xanım sadə ailədə böyümüş, şou aləmində öz sözünü deyərək sayılıb seçilən top modellər sırasında bərqərar olmağı bacarmışdı. Dünyanın ən varlı şəxsləri sırasında adı çəkilən Donald Tramp ABŞ prezidenti seçildikdən sonra əri ilə birlikdə Ağ evdə yaşamağa başlayan Melaniyanın bu izdivacdan bir oğlu var. Bütün görüşmələrdə və tədbirlərdə ərini müşaiyyət edən bu xanım izdihama və kameralara daim gülümsəsə də onun prezidentlə daim ailədaxili çəkişmələrdə olması mediaya sızır. Hətda bəzi nüfuzlu saytların yaydığı məlumata görə Melaniyanın dəfələrlə xəyanətlərinə baxmayaraq o boşana bilməmişdi.
3.Əsma Əsəd- Suriyanın birinci xanımı.
Əsma Fəvaz əl -Əxrəz Suriya əsilli Britaniya vətəndaşıdır. O, Londonda dünyaya gəlib.Londonda ən yüksək təhsil ocaqlarında informatika və fransız ədəbiyyatı sahəsində təhsil almış Əsma, Bəşər Əsədlə ailə qurub. onların bu izdivacdan 3 vladı var. Baş verən bütün çətinliklərə rəğmən hər zaman Bəşər Əsədin yanında olan birinci xanımın səhhəti ilə bağlı yayılan xəbərlər dünya gündəmini zəpt edib.
Belə ki, onun süd vəzi xərçəngdən əziyyət çəkdiyi, Suriya prezident administrasiyasının yaydığı məlumatda bildirilib. Həm xarici görünüşü, həm insani keyfiyyətlərinə görə bu qadın Suriyada “Səhra gülü” ləqəbini qazanıb.
4.Türkiyənin birinci xanımı Əminə Ərdoğan(Gülbaran)
Əminə çoxuşaqlı ailənin beşinci vladı idi. 4 qardaşın tək bacısı olan Əminə hər zaman qardaşlarının basqısına məruz qalmış, evdən bayıra əsla nəzarətsiz çıxa bilməmişdir. O 15 yaşı olarkən oxuduğu məktəbi yarımçıq qoymuş, buna görə də böyük qardaşı onu ailə qurmağa təhrik etdiyi üçün intihara cəhd etmişdi. Rəcəb Teyyub Ərdoğanla tanış olanadək dərzi kimi fəaliyyət göstərmişdi. Təsadüfən konfransda Rəcəblə tanış olmuş, və Türkiyənin birinci xanımı olmaq kimi şansı qazanmışdı Onlar 1978 ci ildə evlənmişdilər. Uzun müddət qaynanası ilə arası yaxşı olmamışdır. O, ancaq lüks geyimləri , gümüş aksesuarları tərceh edir. Yeməyinə və pəhrizinə xüsusi diqqət yetirir.
ARDİ VAR…………
Aztimes.az /Pərvin Abışova/