Cavid Qurbanovun xanım işçsini kim təhdid və şantaj edir?

Baxılıb:426
Cavid Qurbanovun xanım işçsini kim təhdid və şantaj edir?

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi və hal-hazırda vəzifəsini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirən Sevinc Qədirova özünün sosial şəbəkə hesabında bunları yazıb.

“20 ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram, hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab pirezdentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir heç cür. Rəsmi şəkildə əsir düşmüşəm elə bil. 1 qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər hələ də. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ya ölkəni tərk et ya da intihar et. Atam, qardaşım olsaydı bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim Dövlət var, Dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq”

Azərbaycan Reallığı” xəbər verir ki, Sevinc Qədirovanın paylaşımından məlum olan odur ki, son zamanlar Dəmir Yollarıda yaranmış neqativ hallar ondanda yan keçməyib. Görünür Cavid Qurbanovun qorxulu rüzigar küləyi jurnalist xanıma da təsir edir. Hətta xanım sözü gedən statsunda şantaj və təhdid olunduğunu da bildirir.


Abunəlik