Sarıcalı kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib-FOTO

Baxılıb:216
Sarıcalı kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib-FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Sarıcalı kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Ağcabədi RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik