Bakıda kafedə dava – 2 nəfər bıçaqlandı
Bakıda kafedə 2 nəfər bıçaqlanıb.
Aztimes.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisindəki “Komfort Plaza” kafesində baş verib. Bir qrup şəxs arasında kafedə baş vermiş dava-dalaş zamanı 1992-ci il təvəllüdlü Nihad Məmmədov və 1985-ci ildə anadan olmuş Elçin Süleymanov kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Nihad Məmmədovun xəsarətləri daha ağır olduğundan o, 3 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.