Sakinlərin istirahətini pozan “Süfrəmiz” kafesi vergidən belə yayınır
Abay Komanbayev -56 ünvanında yerləşən ” Süfrəmiz” kafesi illərdir ki, burada yaşayan sakinlərin rahatlığına haram qatıb. Həyət sakinlərinin AzTimes.az-a daxil olan şikayətlərində qeyd edilir ki, dəfələrlə narahatçılıqla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət olunub, Binəqədi rayon 5-ci.polis bölməsinin ərazi müfəttişinə məsələ ilə bağlı məlumat verilib. Amma nə hacət…
Hal-hazırda “Süfrəmiz” adlanan kafeni 1500 AZN məbləğ (aylıq) icarəyə götürən Qadir Məmmədov bildirir ki, iki aydır bu kafeni mən işlədirəm. Amma kafe sahibi ilə heç bir müqavilə imzalamamışam. Səbəbini soruşduqda isə o heç bir sənədinin qaydasında olmadığını bildirdi. Kafedə çalışan 4 işçinin heç biri ilə əmək müqaviləsi yoxdur. Obyekt icəradarinin VÖENi olmadığından burada kassa aparatı belə yerləşdirilməyib. Demək ki, kafe uzun müddətdir ki, bu qaydada vergilərdən yayınır.
Kafe sahibi isə obyektin mübahisəli olduğu üçün işlərinin baxılması üçün hələ də məhkəmədə olduğunu bildirdi. Çox maraqlıdır. Səbəb nə ola bilər ki, sakinlərin rahatlığını pozan, vətəndaşların dəfələrlə şikayətçi olduğu obyektdə vergi yayınmaları halına niyə göz yumulur. Nə üçün əmək müfəttişliyi dən heç bir kəs bura yaxınlaşmır? Masaların üstünə sərilmiş örtüklərin kiri adama gəl-gəl deyən bu kafeyə niyə QTA yaxınlaşıb bir manitorinq keçirmir? Ümidvarıq ki, aidiyyatı qurumlar tez bir zamanda hərəkətə keçəcək.