Masallıda biyabırçılıq:Cırılmış bayraq, ot basmış xiyaban,baxımsız milli qəhrəman büstü -VİDEO

Baxılıb:806
Masallıda biyabırçılıq:Cırılmış bayraq, ot basmış xiyaban,baxımsız milli qəhrəman büstü -VİDEO

Görmüş olduğunuz xiyaban Təzə Alvadı kəndinin ərazisində yerləşir. Canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin xatirəsini uca tutmaq üçün inşa edilib. Ərazidə 1941-45-ci il Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə həsr olunmuş kompazisiyanın əks olunması buranın sovet dövründə inşa edildiyini,Birinci Qarabağ müharibəsi zamanı misilsiz qəhrəmanlıq göstərərək şəhid olmuş, Azərbaycan Respublikası prezidentinin fəfmani ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Elşad Əhmədovun büstü ucaldılıb. İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş daha iki kənd sakininin- Sənan Səlimov və Vüsal Musayevin fotoları yer alır.


Xiyaban baxımsız haldadır. Əraziyə daxil olarkən ilk diqqəti bərbad vəziyyətə düşmüş Azərbaycan bayrağı çəkdi. Xiyabanın girişinə vurulan bayraq o qədər yararsız halda idi ki, üstündəki ay -ulduz tamamilə tökülmüş, cırılmış bayrağın rəngləri də tər-təmiz qarışmış vəziyyətdədir. Büstün kənarlarında olan metlaxlar qırılaraq bərbad haldadır. Arxa tərəfdəki Azərbaycan əsgərinin simvolu olan heykəlin yan -yörəsini ot basıb.


Ən ağrılı olan bilirsinizmi nədir?- Bu abidənin yerləşdiyi Təzə Alvadı kəndinin bələdiyyə sədri milli qəhrəman Elşad Əhədovun dost – doğma qardaşı Seyfulla Əhədovdur. Burada vəziyyəti görəndə bir sual istər -istəməz adamı narahat edir: İllərdir adına görə bütün bağlı qapılar üzünə bir qardaş qardaşının xatirəsi əbədiləşən abidəyə belə diqqət yetirirsə, ona həvalə olunmuş kəndi, bələdiyyəni necə idarə edir?

Pərvin Abışova AzTimes.az


Abunəlik