Masallı Meşə Təsərrüfatı direktorunun qanuna zidd əməli və şəhid adından sui istifadə edənlər – FOTO
Masallı Regional Meşə Təsərrüfatının direktoru Əlzamin Talıbov meşə torpaqların satmaqla məşğuldur.Masallı meşəbəyliyinin 18 saylı meşə dolayında dövlət meşə fondunda iki həftə öncə avtoyuma (moyka) yeri tikilib.Dəqiqlik üçün sözügedən avtoyumanın koordinatlarını təqdim edirik:X-296537, Y-4326161.Aldığımız məlumata görə, avtoyumanı tikdirən sahibkar tikilinin yanında başqa tikinti işlərinin hazırlığına başlayıb.Avtoyumanın yerini sahibkara satan Əlzamin Talıbov özünü sığortalamaq üçün 200 manatlıq cərimə də yazıb. Yəni, sabah bu zəbtin üstü açılandan deyək ki, artıq biz buna akt və cərimə də yazmışıq.Çoxbilmiş sahibkar isə bir nəfər şəhid qardaşı taparaq bütün bu saxta işlərini onun adından edir ki, dəyib-dolaşan olmasın. Əslində isə həmin şəhid qardaşının adı heç bir rəsmi sənəddə keçmir.Lap keçsə belə, sahibkar və şəhid qardaşı bir şeyi unudurlar ki, qanun qarşısında hər bir vətəndaş eynihüquqludur, onlar da törətdikləri cinayət qarşılığında hamı kimi məsuliyyət daşıyırlar. Yaxşı olardı ki, baş tacımız olan şəhidlərin adından hansısa işbazın işi üçün sui istifadə etməyək.Haqqında bəhs etdiyimiz sahibkarın, şəhid qardaşının, eləcə də 1-ci Qarabağ müharibəsi şəhidinin adı bizə məlum olsa da hələ ki, bunu yayımlamırıq.