Azərbaycanda TƏRBİYƏSİZLİK: Təcili tibbi yardım operatorunu ələ saldılar

Baxılıb:165
Azərbaycanda TƏRBİYƏSİZLİK: Təcili tibbi yardım operatorunu ələ saldılar

Azərbaycanda tərbiyəsizlik edən gəncləri sosial şəbəkə istifadəçiləri qınayıblar.

AZTİMES.az  xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Gənclər Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət ediblər.

Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, – deyərək Xidmətin operatorunu ələ salıblar.

Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.


Abunəlik