“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

Baxılıb:252
“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

“WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

Aztimes.az “oxu.az”a istinadən xəbər verir ki, artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.

Belə ki, istifadəçinin söhbəti tərk etməsi barədə bildirişi yalnız administratorlar alır. Digər qrup üzvləri artıq bu barədə bildirişləri görə bilmirlər.

Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.


Abunəlik