Masallıda olay:Tariyel Əkbərova istefa ərizəsi yazdırdılar- İDDİA

Baxılıb:2056
Masallıda olay:Tariyel Əkbərova istefa ərizəsi yazdırdılar- İDDİA

Ölkənin digər bölgələrində olduğu kimi cənub bölgəsində də regional Təhsil İdarəsi yaradıldı. Yeni yaranan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının təhsil müəssisələrini əhatə edən Lənkəran – Astara Regional Təhsil İdarəsinə ötən ay Elxan Nəcəfov müdir təyin edildi.
İki gün öncə isə Masallı rayon Təhsil İdarəsinin sabiq müdiri Tariyel Əkbərov Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun müdiri təyin edilib.

AzTimes.az-ın məlumata əsasən Tariyel Əkbərov bu gün işdən azad olunması üçün ərizə ilə müraciət edib.
Maraqlıdır iki gün öncə vəzifə verilən şəxs nə üçün istefa ərizəsi yazsın?!
Tariyel Əkbərovun ulduzu Şahin Məmmədov Masallı rayonuna icra başçısı təyin ediləndən sönmüşdü. Belə ki, bir neçə dəfə iclaslarda icra başçısı Tariyel Əkbərovu sərt tənqid etmiş, onunla bir rayonda işləmək istəmədiyini bildirmişdi. İcra başçısı hətta bir dəfə təhsil şöbəsinin müdirinə şiddətli töhmət verdiyi də deyilir.
Saytımıza danışan mənbə xəbər verir ki, bu gün səhər saatlarında Rayon İcra Hakimiyyətində növbəti iclası zamanı Şahin Məmmədov Tariyel Əkbərovu yenidən tənqid edərək, tutduğu vəzifədən istefa verməsini tələb edib.
T.Əkbərov günün ikinci yarısı Regional idarəyə gedərək istefa ərizəsini Elxan Nəcəfova təqdim edib.


Abunəlik