Qubadlı rayon Əliquluuşağı kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Baxılıb:625
Qubadlı rayon Əliquluuşağı kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Qubadlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Əliquluuşağı kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Çıxış edən polis əməkdaşları belə tədbirlərin əhəmiyyətindən söz açıb, məktəblilərə narkotiklərdən uzaq durmağı, vətənpərvərlik ruhunda böyümələri və layiqli vətəndaş olmaqları üçün dəyərli tövsiyələr veriblər. Qeyd olunub ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, cəmiyyətimiz üçün sağlam fərdə çevrilməlidirlər.
 
Sonda maraq doğuran suallar cavablandırılıb.


Abunəlik