DİQQƏT: Gecə yuxudan eyni saatlarda oyanırsınızsa bu problemlərə işarədir

Baxılıb:209
DİQQƏT: Gecə yuxudan eyni saatlarda oyanırsınızsa bu problemlərə işarədir

Gecə yuxusu zamanı orqanizmdə çox ciddi proseslər gedir – orqanizm özünü bərpa edir, yeniləyir, təmizləyir.

Əgər insan gecə yuxudan eyni saatlarda oyanırsa, bu bəzi pozulmalara işarə edə bilər.

Aztimes.az  Rusiya KİV-lərinə istinadla bildirir ki, əsas səbəblər arasında qaraciyər, agciyər, öd kisəsi problemləridir.

23:00 – 1:00

Bu saatlarda öd kisəsi fəal şəkildə işləyir. Əgər siz yuxuya gedəndən sonra tez-tez məhz bu saatlarda oyanırsınızsa, bunun səbəbi səhv qidalanma, şam yeməyində ağır qidaların istehlakı, öd kisəsində problemlər ola bilər.

1:00 – 3:00

Bu saatlarda orqanizm toksinlərdən təmizlənir, qaraciyər çox fəal şəkildə işləyir. Əgər siz bu saatlarda oyanırsınızsa, bu o deməkdir ki, qaraciyəriniz yükləmələrə tab gətirmir. Həkimə müraciət edin.

3:00 – 5:00

Bu saatlarda ağciyər təmizlənir və orqanizm çoxlu oksigen qəbul edir. Əgər siz bu saatlarda oyanırsınız və sizdə təngənəfəslik, öskürək əmələ gəlirsə, mütləq pulmonoloqa müraciət edin.

Saglamolun.az


Abunəlik