Millət vəkili Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində görüş keçirdi- FOTOLAR

Baxılıb:350
Millət vəkili Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində görüş keçirdi- FOTOLAR

Bir neçə gündür ki, 89 saylı  Göyçay – Ağdaş seçki dairəsi üzrə millət vəkili Məzahir  Əfəndiyev Göyçaylı seçicilərlə görüşlər keçirir.
AzTimes.az xəbər verir ki,millət vəkili bu gün Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin bir qrup müəllim və tələbə heyəti ilə görüş keçirmişdir. Görüş zamanı millət vəkilinin təşkilatçılığı   ilə hazrlanmış Göyçay şəhidlərini əks etdirən sənədli filim və kitabın təqdimatı olmuşdur. Təqdimatda çıxış edən M.Əfəndiyev günümüzün aktual mövzuları olan milli dəyərlərimiz və vətənpərvərlik ruhunun aşılanmasına toxunaraq,dövlət rəhbərliyinin gənc nəsilin uğurlu gələcəyi naminə diqqət və qayğısını vurğulamışdır.Gənclərə öz tövsiyyələrini çatdıran millət vəkili,təhsilin bütün uğurların əsası olduğunu deyərək ,onlara göstərilən etimadı doğruldacaqlarına inandığını söyləmişdir. Sonda kollec rəhbərliyi və millət vəkili bir -birlərinə xatirə hədiyyələri bağışlamışlar.


Abunəlik