Şəki Asan Xidmət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib-FOTOLAR
Narkotik vasitələrin törətdiyi fəsadlar, onlardan qorunmaq yolları barədə gəncləri məlumatlandırmaq məqsədilə Şəki Asan Xidmət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Polis Şöbəsinin və Asan Xidmət Mərkəzinin əməkdaşları, eləcə də könüllülər iştirak ediblər.
Görüşdə çıxış edən ŞRPŞ-nin rəisi Azər Muradov narkomaniyanın acı nəticələrindən,“ağ ölüm”ün qurbanına çevrilmiş şəxslərin qarşılaşdığı problemlərdən danışıb. Gəncləri hər zaman pis vərdişlərdən uzaq olmağa çağıran polis polkovniki, bu öldürücü bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb.
Problemin həlli yolları ilə bağlı aparılan diskussiyada verilən suallar polis əməkdaşları tərəfindən cavablandırıldıqdan sonra narkotik və psixotrop maddələrin zərərlərini özündə əks etdirən videoçarx nümayiş olunub.