Masallı şəhərində bayram şənliyi keçirilib

Baxılıb:104
Masallı şəhərində bayram şənliyi keçirilib

Masallı şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib.

Bayram tədbirində çıxış edənlər ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanmasında və həmrəyliyindəki xidmətlərindən danışaraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbir Masallı Regional Mədəniyyət İdarəsinin bədii özfəaliyyət kollektivlərinin və respublikanın tanınmış müğənnilərinin ifasında konsert proqramı, atəşfəşanlıqla davam edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir