“Dollar Tahir”In Salyan Suvarma Sistemləri İdarəsində Tender Maxinasiyaları

Baxılıb:235
“Dollar Tahir”In Salyan Suvarma Sistemləri İdarəsində Tender Maxinasiyaları

Salyan Suvarma Sistemlərin İdarəsinin tender maxinasiyaları ilə bağlı faktlar üzə çıxıb. AzTimes.az xəbər verir ki, idarə elektrik, mexaniki avadanlıqların, maşın, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrin satın alınması üçün müsabiqə elan edib və “XXI ƏSR” MMC qalib elan olunub. Bu minvalla MMC-yə 88 400.9 manat köçürülməlidir.
Çox qəribədir ki, Salyan Suvarma Sistemlərin İdarəsinin eyni vaxtda digər tender əməliyyatının da qalibi yenə “XXI ƏSR” MMC olub. Belə ki, “Hyundai R170 W-7” markalı ekskovatorun təmirinə görə 44 759.98 manat bu şirkətə ödənilməlidir.

Həmçinin eyni dövrdə “SEVİNC-96” MMC tenderdə qalib gəlib. Nasos avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alınmasına görə 274 420.3 manat sözügedən şirkətə çatacaq.
Nəhayət, ardıcıl keçirilən dördüncü tenderdə “AZMEK-LTK” MMC qalib olub. İdarənin balansında olan, Kür çayının Şirvan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması üçün 134 697 manat şirkətə köçəcək.
Lakin 4 tenderi eyni vaxtda reallaşdıran Salyan Suvarma Sistemlərin İdarəsinin bu əməliyyatlarında maxinasiya şübhələrinə yol açılır. Çünki bir çox hallarda tenderlər formal keçirilir, idarə rəisinə yaxın şəxslərin şirkətləri qalib gəlir, sonra dövlətin pulları pay-püş edilir.
Qeyd edək ki, idarənin rəisi Tahir Yusifovdur. Ötən il də ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb və bu 5 müqavilənin hamısı “Sevinc-96” MMC ilə imzalanıb.
Mediada gedən xəbərlərə görə idarəyə uzun illərdir rəhbərlik edən Tahir Yusifov bölgədə “dollar Tahir” ləqəbi ilə məhşurdur. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi, bir ara qumara qurşandığı haqda məlumatlara rast gəlmək mümkündür.
Bir sıra saytlarda T.Yusifovun tender – satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar var. Vaxtaşırı olaraq lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin “təyinatı üzrə” silinərək “səmərəli” xərclənməsi də Tahir Yusifova qazanc gətirir.
Onun Salyanda malik olduğu 100 kvadratmetr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir geyim mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlaklarının mənbəyi haqda məlumatlar var. //Tia.az//


Abunəlik