Qusarda polis məktəblilərlə görüşüb- FOTOLAR

Baxılıb:275
Qusarda polis məktəblilərlə görüşüb- FOTOLAR


AzTimes.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zindan Muruq kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında ətraf kənd məktəblilərinin də iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının nümayəndəsi, məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.


Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasını həkimi Səbinə Aşurova narkotikin insan bədəninə vurduğu zərərlərdən ətraflı bəhs edib.

Sonra narkotik təsirlərin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx nümayiş olunub. Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.


Abunəlik