DİN yanğınla bağlı MƏLUMAT YAYDI

Baxılıb:207
DİN yanğınla bağlı MƏLUMAT YAYDI

DİN Mətbuat Xidmətindən AzTimes.az-a verilən məlumata görə:

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş vermişdir.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olmuşlar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşımış, işçilərin təxliyyəsini təmin etmişlər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.


Abunəlik