28 illik məzununa sadiq qalan məktəb-FOTOLAR

Baxılıb:441
28 illik  məzununa sadiq qalan məktəb-FOTOLAR

AzTimes.az xəbər verir ki, bu gün Göyçay rayon Ulaşlı-sixli kənd tam orta məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Elnur Seyidovun şəhidlik zirvəsinə yüksəlməsinin 28-ci il dönümünə həsr olunmuş “Cənnətdən gələn məktub”adlı anım tədbiri keçirilib. Tədbirdən öncə məktəb rəhbərliyi və şagirdləri şəhidin məzarını ziyarət edib ,gül dəstələri qoyublar.
Məktəbin direktoru Aynur Mahmudova tədbiri açıq elan edərək Elnurun döyüş yolu haqqında məlumat verib.

Elnur Seyidov hal-hazırda adını daşıyan məktəbin məzunu olub. Birinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı 18 ay ən ağır, ən odlu cəbhələrdə döyüşərək qəhrəmanlıq nümayiş etdirib. Onun döyüş yoldaşları Elnurun qaradinməz, sakit olmasına baxmayaraq döyüş meydanında ağlasığmaz cəsarətə malik olduğunu deyirdilər. Elnur şəhidlik zirvəsini fəth edəndə onun cəmi 19 yaşı var idi…

Daha sonra məktəb şagirdləri bədii hissə ilə çıxış ediblər.Sonda şəhidin ailə üzvləri çıxış edərək məktəb rəhbərliyinə və şagirdlərə təşəkür edərək Elnurun xatirəsini əziz tutduqları üçün minnətdarlıqlarını bildiriblər.



Abunəlik