Vüqar Qurbanov İradə Axundovanı direktor TƏYİN ETDİ – FOTO

Baxılıb:176
Vüqar Qurbanov İradə Axundovanı direktor TƏYİN ETDİ – FOTO

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

Aztimes.az  xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub.

Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. 

Qeyd edək ki, İ. Axundova təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin edildi

Abunəlik