DİN vəzifəli şəxsi cərimələdi
Azərbaycanda bələdiyyə sədrinin müavini cərimələnib.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 25-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.