Göyçayda ağır qəza baş verib

Baxılıb:132
Göyçayda ağır qəza baş verib

 

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. AzTimes.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Qaraxıdır-Alpoud yolunda, Ləkçiplaq kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2103” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qaraxıdır kənd sakini Abdullayev Taleh Rasim oğlu və Mırtı kənd sakini Nuriyev Ümman İlqar oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Davud Tarverdiyev


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir