Lənkəranda bayram yarmarkası keçirilib
Lənkəran rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb.