Bu ölkədə təyyarə qəzası oldu – Ölənlər var
Haitinin paytaxtı Port-o-Prensin qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub.
Aztimes.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Təyyarədə 6 nəfərin olduğu, onlardan birinin sağ qaldığı qeyd edilib. Təyyarə qəzaya uğrayarkən yük maşınına çırpılıb, ətrafda olan daha 3 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.