Hirkan Milli Parkından reportaj

Baxılıb:624
Hirkan Milli Parkından reportaj

Cənub zonasının şah əsəri Hirkan Milli Parkıdır. Parkın sahəsi hekrarlarla ərazini əhatə edir. Park qoynunda adı qırmızı kitaba düşmüş bitki və agacları qoruyub saxlayır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq  meşələri  əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.  Əvvəllər qoruq kimi fəaliyyət göstərən park  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır.

Prezidentin daim gənclərə göstərdiyi qayı və diqqətinin bariz sübutu olaraq artıq bir neçə ildir ki, Hirkan Milli Parkına rəhbərlik  cənub zonasının gənc fəallarından biri olan Azər Mirzəyevə həvalə edilmişdir. Azər bəy də öz növbəsində ona  bəxş edilən etimadı doğrultmaq üçün var gücü ilə çalışır. Azər Mirzəyevin direktor təyin edildiyi gündən etibarən park ərazisində ağacların kəsilərək talanmasına demək olar ki, son qoyulub.  Park ərazisində turist qruplarının  istirahəti və  festival və yarışların keçirilməsi  yüksək səviyyədə təşkil olunur.

Sovet dönəmində istifadəyə verilmiş Hirkan Milli Parkının inzibati   binası artıq ömrünü başa vurduğu üçün ərazidə yeni bina tikintisinə qərar verilib. Binanın tikintisinə yanvar ayında  başlanılacağı planlaşdırılır.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir