Məhkəmədə biabırçılıq! 10 vəsadəti təmin edən hakim sübut olmadan 5 il cəza verdi-VİDEO
Uzun müddətdir davam edən Yusif Şəfiyev- Vəfa Ağabalayeva qalmaqallı məhkəmə prosesi başa çatdı. Məhkəmə yekunları barədə Yusif Şəfiyevin vəkili İlqar təəssüf hissi ilə qeyd etdikləri məhkəmənin gedişini və nəticəsini tam şəkildə təsəvvür etməyə imkan yaradır:
“Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında 9 ay davam edən məhkəmə baxışı barədə danışacam.
Müdafiə etdiyim şəxs CM-nin 182.2.4 ( xeyli miqdar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilirdi. Ona elan olunmuş 5 epizodun hərbirinin yalan olmasını təsfiq edən təkzibedilməz sübutlar təqdim edilmişdi. Maraqlısı odur ki, məhkəmə istintaqla aparılırdı və 10dan çox vəsatətim təmin edilmişdi. Bu vəsatətlərin təmin edilməsi, sübutların təqdim edilməsi nəticəsində məhkənin bəraət hökmünü çıxarmaması mümkün deyildi. Qərarın verildiyi iclasdan bir iclas öncə hakim çıxışımı yazılı verilməsini xahiş etməklə iclası təxirə saldı. İstər-istəməz müdafiəçinin çıxışını yazılı istəməsi, bu səbəbdən də iclası təxirə salması ədalətli qərar qəbul ediləcəyinə ümid verirdi. Amma… yenə olan oldu. Müşavirədən qayıdıb apellyasiya şikayətinin təmin edilmədiyini bildirdi.
Mənə qalan yenə penitensiar xidmət əməkdaşlarının “müəllim əla danışdın” deməsi oldu. İndi mənə maraqlı olan odur ki, hər epizodun saxta olmasını təsdiq edən sübutlar verdiyim halda hakim o qərarı necə yazacaq ? Yəni ora nə yazacaq ?”
Yusif Şəfiyevin atası I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Dövlət televiziyasında illərini sərf etmiş Nadir Şəfiyev isə bunları dedi: