Gəncə şəhərində bir qrup abonentin təbii qaz təchizatı dayandırılıb
Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində təmir işləri aparan şirkətin texnikası ilə 110 millimetr diametrində olan yeraltı polietilen qaz xətti zədələnib və yararsız hala düşüb. Buna gərə də xeyli abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qəzanın fəsadları aradan qaldırılır və bərpa işləri yaxın saatlarda tamamlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.