SON DƏQİQƏ! Jurnalist saxlanildi- DİN məlumat YAYDI

Baxılıb:554
SON DƏQİQƏ! Jurnalist saxlanildi- DİN məlumat YAYDI


Masallı rayonundan olan etibarlı mənbədən AzTimes.az-a daxil olan məlumata görə “Cenub.az” xəbər portalının və “Cənub Xəbərləri TV”-nin təsisçi baş redaktoru Masalli rayon Ərkivan qəsəbə sakini Zahir Amanov saxlanılıb.
Məlumata görə o Masallı rayon Sığdaş kənd ərazi nümayəndəsindən hədə-qorxu yolu ilə pul alarkən Masallı RPŞ əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxs hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.


Abunəlik