Ömrü uzadan üç ərzaq açıqlandı – FOTO

Baxılıb:166
Ömrü uzadan üç ərzaq açıqlandı – FOTO

Cəfəri, kök və qırmızı soğan ömrü uzadan ərzaqlar sırasındadır.

Bu barədə tanınmış rusiyalı aparıcı və həkim Yelena Malışeva danışıb.

Onun sözlərinə görə, qırmızı soğan tərkibində flavonoidlərə və antioksidanlara görə bütün tərəvəzlər arasında çempiondur.

“Flavonoidlər hüceyrələrimizi birbaşa qoruyur”, – deyə mütəxəssis izah edib.

O, həmçinin əlavə edib ki, qırmızı soğan, Altsheymer xəstəliyinin inkişaf riskini azaldır.

Yerköküdən danışarkən aparıcı onun tərkibində çoxlu lif olduğu bildirilib.  O, vurğulayıb ki, söhbət şəkərsiz və duzsuz qurudulmuş köklərdən gedir.

“Lifin bu xolesterolu qismən tutması və xaric etməsi səbəbindən bağırsaqda xolesterolun udulmasında azalma olur”, – deyə yerkökün faydalarını izah etdi.

Cəfəriyə gəldikdə isə mütəxəssis qeyd etdi ki, bu bitki kaliumla zəngindir.

“Kalium bizi qan təzyiqinin yüksəlməsindən qoruyur”, – deyə Malışeva vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, paxlalı bitkilər, tam taxılların və qoz-fındığın istehlakı ömrü 10 ildən çox uzadır.


Abunəlik