Çinarlı Göyçayda çinarların soyqırımı- Rayon rəhbərliyi hara baxır-FOTO
Göyçay Azərbaycanın dilbər rayonlarındandır. Azərbaycanın dövlətçilik tarixində ən mühüm qələbəyə ev sahibliyi edən bu gözəl diyar öz çinarları ilə tanınır. Boşuna deyil ki, adına nəğmələr, şerlər qoşulan doğma şəhəri “Çinarlı Göyçay” adlandırırlar. Lakin son vaxtlar şəhəri bəzəyən çinarlara amansız divan tutulur. Şəhərin mərkəzini gözəlləşdirən çinar və küknar ağacları bərbad hala salınıb. Bu isə istər şəhərin görünüşünə, istərsə də ekologiyanın çirklənməsinə təsirsiz ötüşmür. Vəziyyət sakinləri də narahat edir. AzTimes.az saytının qaynar xəttinə müraciət edərək məsələnin ictimailəşdirilməsini tələb edən sakinlər duruma Ekologiya və Təbii Sərvətlr Nazirliyi tərəfindən reaksiya istəyir.
Regionlarda daim yaşıllaşdırmaya xüsusi diqqət ayıran ölkə başçısının təşəbbüsü və tapşırığı ilə minlərlə ağac əkilir. Yeni parklar və xiyabanlar salınır ki, bu mərasimlərin əksərində prezident İlham Əliyev, vitse prezident Mehriban Əliyeva, hətta Leyla xanım Əliyeva da şəxsən iştirak edir.
Amma Göyçayda durum bunun tam əksinədir. Yaşıllıqlara divan tulur. Göyçay Mədəniyyət evi, Hərbi Komissarlıq binası, Norariat Kontoru, Göyçay Rayon Məhkəmə binası….. siyaını uzatmaq olar. Bütün adları çəkilən binaların yerləşdiyi küçədə edilən bu genosiddn rayon rəhbərliyinin xəbəri olmaması inandırıcı olmasa da biz AzTimes.az saytı olaraq qarşı tərəfdən mövqe gözləyirik.
Pərvin Abışova /AzTimes.az/