SON DƏQİQƏ:DİN açıqlama YAYDI

Baxılıb:737
SON DƏQİQƏ:DİN açıqlama YAYDI

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Aztimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı həmin kafedə çalışan xidmət personalından bəzilərinin tibbi maskadan istifadə etmədiyi və COVID-19 pasportlarının olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Əhmədağa İsmayılov və oradakı işçilər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, kafenin inizbatçısı Seymur İsmayılov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.Məhkəmənin də qərarı ilə həmin şəxs cərimə olunub.
Polis əməkdaşları tərəfindən obyektin sahibinə qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı sosial şəbəkədə səsləndirilən iddialar isə əsassızdır və məsuliyyətdən yayınmaq məqsədi daşıyır.


Abunəlik