Qalib Həsənov iddialara münasibət bildirdi- Məktəbdə müəllimənin halı pisləşdi/VİDEO

Baxılıb:2178
Qalib Həsənov iddialara münasibət bildirdi- Məktəbdə müəllimənin halı pisləşdi/VİDEO

Xəbər verdiyimiz kimi AzTimes.az saytına Ağcabədi rayon sakini Malışova Sevda Lətif qızı şikayət ərizəsi ilə ünvanlayaraq Ağcabədi rayon Ü.Hacıbəyli adına İncəsənət məktəbində Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Həsənov Qalib Şamil oğlu tərəfindən baş vermiş qanunsuzluqları ictimailəşdirilməsini xahiş etmişdir.

Redaksiyaya ünvanlanmış şikayətlə bağlı AzTimes.az-ın əməkdaşı Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Həsənov Qalib Şamil oğlu ilə əlaqə saxlamışdır. Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Həsənov Qalib Şamil oğlu əməkdaşımızın suallarını cavablandıraraq rayon sakini Malışova Sevda Lətif qızının onun haqqında səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirmişdir. Yoxlama keçirmək bir başa bizim reqional idarənin səlahiyyətidir. Bizim heçkimin yanında gözü kölgəliyimiz yoxdur, heç kimi şərləmək , böhtan atmaq kimi fikirimiz də yoxdur. Bir daha bildirirəm ki, haqqımda səsləndirilən fikirlər əsasızdır .

Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Qalib Həsənov haqqında keçmiş məktəb direktorunun şikayətinin ictimailəşməsindən dərhal sonra müəllimlərə qarşı güclü təzyiqlər başlayıb. Ötən gün məktəbdə çalışan Behbudova Afət Əli qızı maaşından pul kəsilməsi ilə bağlı etirazını bildirərkən məktəb direktorunun əri Adil Hüseynov ona hücum edib. (Şahidlərin dediyinə görə)Nəticədə başsız qadın ,üç övladını bu maaş hesabına saxlayan müəllimənin halı pisləşib. Bütün dərs məktəbdə tar müəllimi kimi çalışan ər tərəfindən pozulub. Siz indi bu vəziyyəti görən şagirdlərin psixologiyasını düşünün. Bəs vicdandan, Allah xofundan dəm vuranlar? Müsəlman üçün mübarək sayılan Ramazanda oruc tutub yetim haqqı yemək hansı kitabda yazılıb?

Ardı var...


Abunəlik