Aşıq Şəmşir” Mədəniyyət Ocağında “Ağdaban soyqırımı” anıldı
AzTimes.az xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə “Ağdaban soyqırımı” nın 30-cu ildönümünə həsr olunan anım tədbirində iştirak etdim. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törədikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şerinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırmış, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid, rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində erməni terrorunun qurbanı olan bütün soydaşlarımızın qisası alındı. Bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, qazilərimizə şəfa arzulayıram.
Bu gün biz qalibik, erməni işğalından azad olunan ərazilərimizdə quruculuq işləri həyata keçiririk, tezliklə vətəndaşlarımız öz doğma ata-baba yurdlarına dönəcəklər, orada yaşayıb- yaradacaqlar. Biz bu torpaqlarda yaşamışıq, yaşayacayıq, çünki bura bizim tarixi ərazilərimizdir. Ancaq erməni vandalizmini unutmamalıyıq. Davamlı olaraq, sistemli şəkildə yerli və beynəlxalq səviyyədə təbliğat və təşviqat işlərini aparmalıyıq.
Bir daha soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.