Soyuqdəymə zamanı burnun qızdırılması təhlükəlidir
Pediatr-immunoloq Andrey Prodeus uşaqlarda kəskin respirator virus infeksiyaları (ARVI) zamanı geniş yayılmış müalicə üsullarının faydaları barədə fikirlərini bildirib.
O, müvafiq postu Yandex.Zen platformasında dərc edib.
Mütəxəssisin nöqteyi-nəzərincə, burnu qızdırmaq və ya buruna sarımsaq suyu damcılatmaq kimi populyar soyuqdəymə müalicəsi üsulları effektiv deyil və hətta uşaq üçün təhlükə yarada bilər.
Bundan əlavə, ekspert uşaqlarda burun axmasını vazokonstriktor (damarları daraldan maddə) damcıları vasitəsilə müalicə etmək üsullarından uzaq durmağı tövsiyə edib.
Soyuqdəymənin səbəb olduğu burun axması zamanı üçün hər hansı xüsusi müalicənin tələb olunmadığını deyən həkim valideynlərə uşağının burnunu hər gün duzlu məhlulla yumağı və ona burnunu üfürməsinə kömək etməyi tövsiyə edib. Pediatr xüsusilə soyuq mövsümdə isitmə sisteminin işlək olduğu bir dövrdə havanın nəmləndirilməsinin də vacib olduğunu vurğulayıb.
“Uşağınızın kifayət qədər təmiz su içdiyinə əmin olun. Beləliklə, burun seliyi qurumayacaq və bədəndən asanlıqla xaric olacaq” – deyə Prodeus fikrini yekunlaşdırıb.
Mənbə: mk.ru