Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi – Yeniləndi

Baxılıb:294
Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi – Yeniləndi

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Aztimes.az  xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident günortadan sonra, Rusiya hökumətinin Dövlət Dumasında hesabatı başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməyi planlaşdırır”, – deyə Peskov əlavə edib.

***

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatını, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqları müzakirə edib.

Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ukrayna tərəfinin Buçada baş verənlərlə bağlı informasiya və digər təxribatlarına fəal şəkildə qarşı durmağın zəruriliyi vurğulanıb”, –  Peskov deyib. 

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno və nazirlər iştirak ediblər. 


Abunəlik