Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Baxılıb:147
Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

AZTİMES.az   xəbər verir ki, dəyişikliyə əsasən, bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə biləcək.

Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.

İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.

Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.


Abunəlik