60 yaşı olan kişi 90 dəfə Covid-19 peyvəndi olundu

Baxılıb:146
60 yaşı olan kişi 90 dəfə Covid-19 peyvəndi olundu

Almaniyanın Maqdeburq şəhərində 60 yaşlı bir şəxs Covid-19-a qarşı 90 dəfə peyvənd olunub.


Aztimes.az-ın məlumatına görə, həmin şəxsin Covid-19 peyvəndi olunmaq istəməyənlərə peyvənd kartları satmaq üçün polis tərəfindən tutulana qədər 90 dəfə Covid-19 peyvəndi etdirdiyi iddia edilib.

2 gün dalbadal peyvənd olunmaq üçün Eylenburq şəhərində peyvənd mərkəzinə gələn şəxs polis tərəfindən yaxalanıb. 

Onun barəsində cinayət işi açılıb. 

Müxtəlif markalardan 90-a yaxın peyvənd alan şəxsin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilməyib.


Abunəlik