İki təlim təyyarəsi toqquşdu – 3 pilot həlak oldu

Baxılıb:165
İki təlim təyyarəsi toqquşdu – 3 pilot həlak oldu

Cənubi Koreyada iki təlim təyyarəsinin havada toqquşması nəticəsində 3 pilot həlak olub.
Aztimes.az-ın məlumatına görə, səlahiyyətlilər paytaxt Seuldan 300 kilometr cənubda yerləşən Sacheon şəhərində havada “Hərbi Hava Qüvvələri KT-1” tipli iki təlim təyyarəsinin toqquşduğunu bildirib.

Toqquşmadan sonra təyyarələr düyü sahəsinə düşüb.

Qəzada 3 pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib.

Hadisə yerinə 30-dan çox təcili yardım və yanğınsöndürən göndərilib.


Abunəlik