Boradigah kəndinin bazarı xəstəlik saçır: Hansı haqla ” yer pulu” yığılır?- VİDEO

Baxılıb:449
Boradigah kəndinin bazarı xəstəlik saçır: Hansı haqla ” yer pulu” yığılır?- VİDEO


Bura qədim Boradigah kəndinin bütün ölkədə məşhur olan bazarıdır. Bu bazarın adını hələ nənələrimizdən , babalarımızdan bizə məlumdur. Onlar həmişə nəql edirdilər ki, hər şənbə -bazar günlərində Boradigah bazarında insan əlindən tərpənmək olmazdı. Tapılmayan hər şeyi, buradada əldə etmək mümkün idi. Ancaq indi bu bazar bombardımandan qalmış xarabalığı, ya da qorxulu filmlərdəki hər an təhlükəli hadisələrin baş verəcəyi məkanı xatırladır. Rayon sakinləri deyir ki, bu vəziyyətdə olan ” bazar” a görə hələ xəcalət çəkmədən bizdən ” yer pulu ” da alırlar. Qida Təhlükəsizliyi Agentliyi niyə belə yerlərdə reyd keçirmir? Yoxsa belə yerlər onlar üçün gəlir verən mənbələr deyil? Bazarın ətrafı, piştaxtaların kənarı zibillik qaynayır . Bunu rayon rəhbərliyi, kənd bələdiyyəsi, özünə oliqarxların həsəd aparacağı dəm-dəsgahlı imarət tikdirən kənd icra nümayəndəsi görmürmü? Niyə sadə vətəndaşın rifahı üçün bazarın abadlaşdırılması üçün heç bir addım atılmır?

Pərvin Abışova AzTimes.az


Abunəlik