Quba polisi soyqırım qurbanlarını yad etdi

Baxılıb:231
Quba  polisi  soyqırım qurbanlarını yad etdi

31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba Rayon Polis Şöbəsində tədbir keçirilib.
AzTimes.az xəbər verir ki,31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba RPŞ-də tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixçi Taleh Bəşirov ermənilərin “Böyük Ermənistan” xülyaları yolunda azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınların Bakı şəhəri ilə məhdudlaşmadığı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri xatırlanıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıdığı diqqətə çatdırılıb.


Abunəlik