Nikolayevə endirilən raket zərbəsi zamanı ölən və yaralananların sayı AÇIQLANDI

Baxılıb:249
Nikolayevə endirilən raket zərbəsi zamanı ölən və yaralananların sayı AÇIQLANDI

Ötən gün Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölən və yaralananların sayı məlum olub.

Aztimes.az UNİAN xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib.

Bildirilib ki, hadisə zamanı 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. “Hələlik: 34 yaralı, 12 ölü”, – deyə Kim yazıb.


Abunəlik