Qanunsuz ov edən şəxs cəzalandırıldı
Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Rəşad Musayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.