Zərdab polisindən Silah-sursat əməliyyatı

Baxılıb:142
Zərdab polisindən  Silah-sursat əməliyyatı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Alıcanlı kənd sakinləri V.Salahov və M.Əsədovdan, eləcə də Əlibəyli kənd sakini N.Məlikovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Bundan əlavə V.Salahovdan qanunsuz olaraq ovladığı bir ədəd çöl quşu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Abunəlik