Partiya sədri Əli Nağıyevi təbrik etdi

Baxılıb:342
Partiya sədri Əli Nağıyevi təbrik etdi

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Dövlət Təhlükəsizliyi Xidmətinin peşə bayramı günü münasibətilə qurumun rəhbəri Əli Nağıyevi təbrik edib.

Partiyadan Kanal4.az-a göndərilən təbrik məktubunda deyilir:

“Çox dəyərli Əli müəllim, böyük məmuniyyətlə Sizi və rəhbərlik etdiyiniz əməkdaşlarınızı peşə bayramınız münasibətilə təbrik edir, Sizlərə möhkəm can saglıgı,olduqca çətin,lakin şərəfli fəaliyyətinizdə yeni-yeni ugurlar diləyirəm. Sizin milli dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan DTX-ə rəhbər təyinatınız bu qurumun fəliyyətində ciddi dönüş yaratdı. Peşəkarlıgınız, dövlətçiliyimizə, Ulu Öndərimiz Heydər Əliyevin  dövlətçilik konsepsiyasına sonsuz sədaqətiniz ünvanınıza hər bir Azərbaycan vətəndaşında böyük rəgbət və etimad qazandırmışdır.

Bir daha Sizi təbrik edirəm. Bayramınız mübarək.”

Səmimiyyətlə, 

Fəzail Agamalı, 

Millət vəkili

28 Mart 2022 – ci il


Abunəlik